Bizi sosial şəbəkələrdən izləyin:
İsrail kəşfiyyat agentliyin ("Mossad") nümayəndələri İran komandirlərinə zəng vuraraq, onları hədələyir və İslam Respublikasında üsyana başlamağı tələb edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Bildirilib ki, agentlər iranlı zabitləri zorakılıqla hədələyirlər.
Məqalənin müəllifləri telefon danışığından bir fraqmentə istinad edək bildirirlər ki, israilli kəşfiyyatçılar İran komandiri ilə fars dilində danışaraq müqaviməti dayandırmasını istəyir.
"Məni eşidirsinizmi? Biz sizin haqqınızda hər şeyi bilirik. Siz bizim "qara siyahı"mızdasınız və haqqınızdakı bütün məlumatlar bizdədir. Sizi əvvəlcədən xəbərdar etmək üçün zəng etdim ki, xalqınızın yanında olmalısınız. Əgər belə etməsəniz, taleyiniz liderinizlə eyni olacaq",- deyə qəzet "Mossad" agentlərindən birinin sözlərindən sitat gətirib.
Xatırladaq ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (SAXAL) israilli və amerikalı pilotların danışığını dərc etmişdi. Söhbət zamanı amerikalı pilot İrana qarşı güclü zərbələr endirməyə çağırıb. İsrailli zabit isə amerikalı həmkarına bildirib ki, İsrail Hərbi Hava Qüvvələri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə işləməkdən şərəf duyur. O, amerikalı pilotların əla iş gördüklərini bildirib.