Türkiyə Müdafiə Nazirliyi Hörmüz boğazı ilə bağlı bəyanat verdi
Dünya
701
13:22, Bu gün

Türkiyə Müdafiə Nazirliyi Hörmüz boğazı ilə bağlı bəyanat verdi

“Hörmüz boğazında təhlükəsizliyinin təmin olunması ilə bağlı son bəyanatlar və bu çərçivədə müttəfiq ölkələrə edilən çağırışlar tərəfimizdən yaxından və diqqətlə izlənilir”.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
 
“Hörmüz boğazı qlobal enerji təchizatının təhlükəsizliyi və beynəlxalq dəniz ticarətinin davamlılığı baxımından strateji əhəmiyyət daşıyır. Bölgədə gəmilərin sərbəst hərəkətinin təmin olunması və gərginliyin artmasının qarşısının alınması böyük önəm kəsb edir. Türkiyə bu çərçivədə vəziyyəti regional sülh və sabitlik perspektivindən qiymətləndirir və bütün tərəflərə təmkinli olmaq və beynəlxalq hüquqa uyğun hərəkət etmək çağırışını təkrarlayır”, - nazirlik vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər