Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqlədi - YENİLƏNİB
Dünya
1219
18:27, Bu gün

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqlədi - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian İranın kəşfiyyat naziri İsmayıl Xətibinin öldürüldüyünü təsdiqləyib.
 
O, bu barədə "X" hesabında bildirib.
 
***
 
14:57
 
İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib.
 
IDF-in açıqlamasında deyilir ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
 
Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
 
***
 
14:20
 
İranın kəşfiyyat (ETTELAAT) naziri Seyid İsmayıl Xətibi öldürülüb.
 
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
 
O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.
 
***
 
12:17
 
İsrail İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürməyə cəhd edib.
 
Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
 
Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə Tehranda ETTELAAT rəhbərini evində hədəf alıb.
 
Onun taleyi məlum deyil.
 
İran tərəfdən rəsmi məlumat yoxdur.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər