Bizi sosial şəbəkələrdən izləyin:
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin vəzifəsinin icrası artıq başqa şəxsə tapşırılıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Laricaniyə dərhal əvəzləyici tapıldı. Əgər başqa biri öldürülsə, eyni şey baş verəcək. Hətta xarici işlər naziri öldürülsə belə, nəticədə kimsə onun yerini tutacaq",- o qeyd edib.
Nazir əlavə edib ki, ölkə rəhbərliyindəki itkilər dövlət idarəçiliyində boşluq yaratmır və sistemin işinə təsir etmir.