İran ordusu İsrailə ağır raketlərlə zərbələr endirdi
Dünya
237
09:25, Bu gün

İran ordusu İsrailə ağır raketlərlə zərbələr endirdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə çoxsaylı döyüş başlığı olan raketlər atıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İran ordusuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.
 
Məlumata görə, İran ordusu Təl-Əvivə çoxsaylı döyüş başlığı olan "Xorrəmşəhr-4" və "Qədr" də daxil olmaqla raketlərlərlə zərbələr endirib.
 
SEPAH İsraildə 100-dən çox hədəfi vurduğunu iddia edib.
 
Daha əvvəl İsrailin Milli Tibbi Xidməti ölkənin mərkəzində İranın hücumu zamanı iki nəfərin öldüyünü bildirmişdi.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Link kopyalandı!
Son xəbərlər