Belçikanın Baş naziri Bart De Vever ölkədə artan gərginliklər və enerji siyasəti ilə bağlı mübahisələr fonunda rəhbərlik etdiyi koalisiyanın qərar qəbuletmə qabiliyyəti olmasa öz vəzifəsindən istefa verəcəyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Flaman ictimai kanalı “VRT NWS” tərəfindən yayılan xəbərlərə görə, De Vever koalisiyanın idarəedilməz hala gəlməsi və siyasi blokadanın artması halında Baş nazir vəzifəsində qalmayacağını bildirib. “Əgər bu hökumət artıq qərar qəbul edə bilməzsə, mən Baş nazir olaraq vəzifəmdə davam etməyəcəyəm”, – deyə De Vever bildirib.
Baş nazir eyni zamanda, hökumət daxilindəki siyasi blokadalara qarşı xəbərdarlıq edib: “Mən heç bir partiyanın qırmızı xətlərini qəbul edə bilmərəm. Əgər belə davam edərsə, Vivaldi koalisiyası kimi durğunluğa düşəcəyik”, – deyə De Vever bildirib. Baş nazirin bu sözləri koalisiyanın təxirə salınan islahatlar və fərqli mövqelər üzərində müzakirələri davam etdirməkdə çətinlik çəkməsi ilə əlaqəlidir.