Tramp: ABŞ tezliklə Kubaya qarşı tədbir görmək niyyətindədir
Dünya
131
17 Mar 2026 | 23:20

Tramp: ABŞ tezliklə Kubaya qarşı tədbir görmək niyyətindədir

ABŞ tezliklə Kubaya qarşı tədbir görmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşdən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Kuba çox pis vəziyyətdədir. Onlar ABŞ Dövlət Katibi Marko Rubio ilə əlaqə saxlayırlar. Biz tezliklə Kuba ilə bağlı bir şey edəcəyik, diqqətimiz buna yönəlib", - deyə Amerika lideri bildirib.

Öz növbəsində, ABŞ Dövlət Departamentinin rəhbəri ABŞ-nin Kubaya qarşı ticarət və iqtisadi embarqonu yumşaltması ehtimalını müzakirə etmək niyyətində olmadığını vurğulayıb.

Qeyd edək ki, 13 martda Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqton arasındakı fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün danışıqlar aparıldığını bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər