00:32
9°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranın Ali Milli Təhlükəsizlik Şurasının öldürüldüyü iddia edilən katibi Əli Laricaninin ölkədəki etirazçıların ölümünə görə məsuliyyət daşıdığını bildirib.
Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
"Əslində, dünən onların ən əsas adamı öldürüldü. O, etirazçıların qətlə yetirilməsinə görə məsuliyyət daşıyırdı", - deyə Tramp qeyd edib.
Daha əvvəl İsrailin 12-ci kanalı mənbələrə istinadən xəbər vermişdi ki, Ə.Laricani İsrailin zərbəsi nəticəsində ölüb. İsrailin müdafiə naziri İsrael Kats da bu məlumatı təsdiqləyib.