Yaponiyadakı heyvanat parkında yaşayan və sosial şəbəkələrdə populyarlıq qazanmış kimsəsiz meymun "Punch" özünə yeni yoldaş tapıb. O, volyerindəki digər gənc meymunla dostlaşıb və artıq bütün gününü onunla əylənərək, qucaqlaşaraq keçirir.
Moderator.az məlumat verir ki, bu barədə bfm.ru saytı xəbər yayıb.
"Punch"ın yeni dostu rənginə görə uzun müddət onun "anası" rolunu oynamış tüklü oranqutan oyuncağına bənzəyir.
Keçmişdə ana sevgisindən məhrum olan bu balaca makaka digər meymunlarla ünsiyyət qurmaqda ciddi problemlər yaşayırdı. Sürü onu qəbul etmədiyinə görə, "Punch" vaxtını ancaq oyuncağı ilə keçirir, hətta onunla birgə yatırdı. Heyvanat parkının əməkdaşları bildirirlər ki, hazırda vəziyyət müsbətə doğru dəyişir: meymun artıq öz növünün nümayəndələri ilə sosial bağlar qurmağa başlayıb.