KİV: Futbolçu Kvinsi Promes əmisi oğlunu bıçaqladığını etiraf etdi
Dünya
159
22:20, Bu gün

KİV: Futbolçu Kvinsi Promes əmisi oğlunu bıçaqladığını etiraf etdi

"Spartak Moskva" klubunun sabiq niderlandlı futbolçusu Kvinsi Promes əmisi oğluna bıçaqla xəsarət yetirdiyini etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə Nu.nl portalı təqsirləndirilən şəxsin müdafiə tərəfinə istinadən məlumat yayıb.

Futbolçunun yeni vəkillərinin bildirdiyinə görə, K.Promes 2020-ci ildə ailəvi şənlik zamanı əmisi oğlunu diz nahiyəsindən bıçaqladığını təsdiqləyir.

Lakin müdafiə tərəfi iddia edir ki, bu hadisə özünümüdafiə zəminində baş verib və futbolçu buna görə cəzalandırılmamalıdır.

Xatırladaq ki, ötən ilin iyun ayında K.Promes Niderland prokurorluğunun tələbi ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) öz ölkəsinə ekstradisiya edilib. Niderlandda idmançıya qarşı iki cinayət işi açılıb: narkotik vasitələrin qaçaqmalçılığı və əmisi oğluna hücum. Amsterdam Dairə Məhkəməsi kokain qaçaqmalçılığına görə onu altı il, əmisi oğluna hücum hadisəsinə görə isə bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər