23:10
9°C
Bakı
Moldovanın cənubunda Rusiyaya məxsus “Şahid” PUA-sının qalıqları aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu X səhifəsində yazıb.
Bildirilib ki, PUA dövlət sərhədi yaxınlığında Stefan Voda rayonunun Tudora kəndində qəzaya uğrayıb. Hakimiyyət orqanları artıq təhlükəni neytrallaşdırmaq üçün tədbirlər görür.
"Bu gün Moldovanın Tudora kəndində aşkarlanan Rusiya pilotsuz təyyarəsinin partlayıcı maddələr daşıdığı güman edilir. Bu, hava məkanımızın ciddi şəkildə pozulması və vətəndaşlarımız üçün təhlükədir", - deyə prezident bildirib.