ABŞ aviadaşıyıcısı İrana qarşı əməliyyatlardan çəkilir
Dünya
180
21:50, Bu gün

ABŞ aviadaşıyıcısı İrana qarşı əməliyyatlardan çəkilir

ABŞ-nin göyərtəsində yanğın baş vermiş "USS Gerald R. Ford" aviadaşıyıcısı gələn həftə NATO-nun Krit adasındakı hərbi dəniz bazasına qayıdacaq.

Moderator.az bildirir ki, bu barədə "Kathimerini" nəşri mənbələrə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, gəmi yanacaq doldurmaq və aviadaşıyıcının camaşırxanasında baş vermiş yanğının səbəblərini araşdırmaq üçün bazaya yola düşəcək.

Nəşrin yazdığına görə, nəzərdən keçirilən ssenarilərdən biri ekipaj üzvlərinin Yaxın Şərqdəki eskalasiya səbəbindən gəminin uzunmüddətli missiyasını dayandırmaq üçün qəsdən yanğın törətməsini ehtimal edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər