Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb
Dünya
148
21:40, Bu gün

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb

Bağdadda ABŞ səfirliyi yenidən raket və dron hücumlarına məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə “Al Jazeera“ təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər və zərbə dronu ABŞ-ın Bağdaddakı səfirliyinə yönəldilib, ərazidə siqnallar işə düşüb və partlayış səsləri eşidilib.

Qeyd olunur ki, azı üç dron Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə də hücum edib, nəticədə C-RAM hava hücumundan müdafiə sistemi işə düşüb.

Hadisə nəticəsində itki və dağıntılar barədə hələlik məlumat verilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər