ABŞ-li aktyor Bred Pitt rusiyalı iş adamını Ancelina Coli ilə şərab sövdələşmələrinə görə sorğu-sual etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə TMZ məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Pitt Los-Anceles hakimindən iş adamı Yuri Şeflerin məhkəmədə onlayn dindirilməsini xahiş edib.
Qeyd edək ki, aktyor 2022-ci ildə Coliyə qarşı məhkəmə iddiası qaldırıb. O iddia edir ki, Coli Fransanın "Chateau Miraval" şərab zavodundakı payını onun icazəsi olmadan satıb.
Yeri gəlmişkən, Ancelina boşanmalarından illər sonra Bredə biznesdən çıxmaq istəyini bildirib. O, aktrisanın payını almağa çalışıb, lakin danışıqlar uğursuz olub və Coli payını Şeflerin idarə etdiyi şirkətə satmaq qərarına gəlib. Pitt ifadəsində iddia edir ki, iş adamı andlı ifadə verməkdən imtina edib, bildirir ki, əməliyyat onun göstərişi ilə təşkil olunub və başa çatdırılıb.