22:40
9°C
Bakı
İran İsrail və ABŞ-yə qarşı cavab zərbələri zamanı ilk dəfə olaraq "Hacı Qasım" ortamənzilli ballistik raketindən istifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, raket 2020-ci ildə amerikalılar tərəfindən öldürülmüş "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin şərəfinə adlandırılıb.
Məlumata görə, bu ikipilləli ballistik raket 2020-ci ildə təqdim edilib. Onun uçuş mənzili təxminən 1 400 km, döyüş hissəsinin kütləsi isə 500 kq təşkil edir.