BMT xəbərdarlıq edir: Yaxın Şərq münaqişəsi qlobal aclığa səbəb olacaq
Dünya
132
20:25, Bu gün

BMT xəbərdarlıq edir: Yaxın Şərq münaqişəsi qlobal aclığa səbəb olacaq

"Yaxın Şərqdəki toqquşmalar iyun ayınadək uzanarsa, dünyada aclıqla üzləşən insanların sayı əlavə 45 milyon artaraq indiyədək görünməmiş tarixi maksimuma çata bilər".

Moderator.az-ın TASS-a istinadla verdiyi məlumata əsasən, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktor müavini Karl Skau Cenevrədə brifinqdə deyib.

"Bu isə qlobal aclığı rekord göstəriciyə qaldıracaq və olduqca dəhşətli bir perspektivdir. Hazırda planetdə 319 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir və bu, beş il öncəki göstəricilərdən fərqlənən yeni rekord səviyyədir. Məhz bu səbəbdən, iyun ayına qədər həmin rəqəmin 360 milyon nəfəri ötəcəyi istisna edilmir", - deyə Skau xatırladıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər