21:39
9°C
Bakı
İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkələrdəki məlumatında bildirilib.
""Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymanin öldürülməsindən sonra İsrail hərbi hava qüvvələri son saatlarda Tehranın bütün ərazisində yerləşdirilmiş "Bəsic" qüvvələrinin mövqelərinə və əməliyyat məntəqələrinə zərbələr endirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrailə qarşı raket hücumu həyata keçirib, həmçinin Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbə endirib.