21:15
9°C
Bakı
"Fransa ABŞ-nin tələblərinə baxmayaraq, Hörmüz boğazının blokdan çıxarılmasında iştirak etməyəcək".
Moderator.az BFM TV telekanalına istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
"Fransa heç vaxt hücum əməliyyatlarında və ya Hörmüz boğazının hazırkı şəraitdə azad edilməsi əməliyyatlarında iştirak etməyəcək", - deyə o vurğulayıb.
E.Makron qeyd edib ki, ki, Fransa bu müharibəni seçməyib. O, həmçinin bildirib ki, Paris münaqişədə iştirak etmir və öz vətəndaşlarını qorumaq üçün yalnız müdafiə mövqeyi tutur.
Buna baxmayaraq, E.Makron Yaxın Şərqdə gəmilərin hərəkətinin sərbəstliyini və dəniz təhlükəsizliyini təmin etmək istədiyini bildirib.