Gürcüstanın Katolikos-Patriarxı II İliya süni komaya salınıb
Dünya
179
19:25, Bu gün

Gürcüstanın Katolikos-Patriarxı II İliya süni komaya salınıb

Gürcüstanın Katolikos-Patriarxı II İliya səhhətinin qəfil pisləşməsi səbəbindən Tbilisidəki Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə patriarxatın mətbuat xidməti "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

"Sputnik Gürcüstan"ın məlumatına görə, patriarx martın 16-dan 17-nə keçən gecə mədə qanaxması ilə xəstəxanaya yerləşdirilib. O, süni tənəffüs aparatına qoşulub və süni komaya salınıb.

Mərkəzin direktoru Sofio Aspaniadzenin sözlərinə görə, 93 yaşlı patriarxın vəziyyəti ağır olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər