Livan-Suriya sərhədində İsa Məsihin 26 metrlik heykəli ucaldıldı
Dünya
181
19:15, Bu gün

Livan-Suriya sərhədində İsa Məsihin 26 metrlik heykəli ucaldıldı

Livan və Suriya sərhədində sülh mesajı olaraq İsa Məsihin 26 metrlik heykəli ucaldılıb.

Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" layihənin müəllifi və icraçısı Fadi Əlyas Avada istinadən məlumat yayıb.

Heykəl Suriya ilə sərhəddə yerləşən Livana aid Əl-Qaa kəndində qoyulub. Monumentin özünün hündürlüyü 16 metrdir, qalan 10 metr isə bünövrənin payına düşür.

"Heykəl quraşdırmaq ideyası çoxdan var idi. Lakin bugünkü şəraitdə bu, daha simvolik və əhəmiyyətli oldu. İsa Məsihin heykəli bizim sülh mesajımız və xristianların öz torpağında qaldığının əlamətidir", - deyə layihənin müəllifi bildirib.

Xəbərdə qeyd edilir ki, Əl-Qaa kəndi Bekaa vadisindəki ən qədim xristian yaşayış məntəqələrindən biri hesab olunur. Yerli icmalar artıq neçə əsrdir ki, öz tarixini davam etdirir, kəndin ətrafında isə bir neçə qədim kilsə və monastır qorunub saxlanılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər