ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verib
Dünya
194
18:00, Bu gün

ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verib

ABŞ Terrorla Mübarizə Milli Mərkəzinin direktoru Joe Kent bu gün vəzifəsindən istefa verib.

Moderator.az xəbər verir ki, o bu barədə "X" platformasında paylaşım edib.

Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir.

“İran ölkəmizə qarşı dərhal təhlükə yaratmırdı və aydın oldu ki, biz bu müharibəni İsrail və onun güclü Amerika lobbi qrupu təzyiqi altında başlamışıq”, - o qeyd edib.

Kent açıqlamasında əlavə edib ki, vəzifəsində xidmət etmək onun üçün şərəf olub, lakin davam edən hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa qərarına gəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər