Günəşdə növbəti güclü partlayış baş verib
Dünya
188
17:57, Bu gün

Günəşdə növbəti güclü partlayış baş verib

Günəşdə M sinif gücündə növbəti partlayış qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"17 martda Moskva vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə saat 13:04 - red.) 4 392 Günəş ləkəsi qrupunda (S14E11) rentgen diapazonunda 25 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, hadisə M2.8 partlayışı ilə eyni ləkəsi qrupunda baş verib və bu, Yerə plazma atılması ilə müşayiət olunub. Plazma buludunun təsiri ilə yaranan maqnit fırtınasının martın 19-da səhər başlaması gözlənilir.

Qeyd edək ki, Günəş partlayışları yaydıqları rentgen gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi, Yer orbitində hər kvadrat metrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər ki, bu da Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Link kopyalandı!
Son xəbərlər