20:17
10°C
Bakı
BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) Şarja limanı yaxınlığında partlayışlar olub.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniyanın "Ambrey" şirkətindən məlumat verilib.
"Şarja limanından dörd dəniz mili şimal-qərbdə lövbər salan ticarət gəmisi yaxınlıqda partlayışların olması barədə məlumat verib. Qeyd olunub ki, gəminin göyərtəsi partlayış dalğasından titrəyib. Bildirilir ki, şərq istiqamətindən buraxılan hava hücumundan müdafiə sistemlərinin raketləri görünüb. Hazırda ticarət gəmilərinə və ya liman infrastrukturuna ziyan dəyməsi barədə heç bir məlumat daxil olmayıb", - məlumatda deyilir.