19:05
9°C
Bakı
İranın yeni Ali Lideri Müctəba Xamenei iki vasitəçi tərəfindən təqdim edilən ABŞ ilə barışıq təklifini rədd edib.
Moderator.az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın yüksəkvəzifəli məmuru məlumat verib.
Qeyd edək ki, martın 16-da ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib. Agentliyin mənbəsi vurğulayıb ki, xarici siyasət üzrə ilk iclasında Xameneinin Vaşinqton və Təl-Əvivə barəsində qisas mövqeyi "çox sərt və ciddi" olub.
Daha əvvəl isə Müctəba Xameneinin hücumdan qısa müddət əvvəl həyətə çıxdığı üçün İsrailin raket hücumundan sağ çıxdığı bildirilmişdi. O, ballistik raketlərin onun iqamətgahına dəyməsindən bir neçə dəqiqə əvvəl küçəyə çıxıb.