18:56
9°C
Bakı
İranda ölkə miqyasında keçirilən hərbi əməliyyatlar fonunda quraşdırılmış yüzlərlə "Starlink" peyk internet terminalı aşkarlanaraq ələ keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp Administrasiyası daha əvvəl - ilin əvəlində kütləvi etirazların bitməsindən sonra gizli şəkildə İrana təxminən 6 min ədəd "Starlink" peyk internet terminalı göndərib. Xəbərə görə, bu avadanlıqlar İran hökumətinin əleyhdarlarına internet blokadasını aradan qaldırmaqda kömək etmək üçün nəzərdə tutulub.