Amerika Birləşmiş Ştatlarında bir qrup gənc saxta pornoqrafik görüntülərin yaradılmasında ittiham olunan İlon Maska məxsus "xAI" süni intellekt şirkətini məhkəməyə verib.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Məhkəmə işində qeyd edilir ki, təqsirləndirilən şəxs eyni təhsil müəssisəsində oxuyan 18-dən çox məktəbli qızın vizual materiallarını yığıb və "xAI" şirkətinin məhsulu olan "Grok" çatbotu vasitəsilə onları çılpaqlaşdıraraq dəyişdirib. Sonradan həmin saxtalaşdırılmış kadrlar "Telegram" və "Discord" platformalarındakı qruplarda paylaşılıb.
Şikayətçi olan üç nəfər həm maddi təzminat ödənilməsini, həm də süni intellektin bu cür qeyri-etik məzmunlar istehsal etməsinin qarşısını alacaq qaydaların tətbiqini istəyir. Yeniyetmələri müdafiə edən hüquqşünasların sözlərinə görə, şirkətin mövqeyi və verdiyi bəyanatlar istifadəçiləri belə materiallar hazırlamağa həvəsləndirir. İddia sənədində vurğulanır ki, "xAI" və onu quran İlon Mask uşaqlar da daxil olmaqla, fərdlərin cinsi istismarından gəlir götürmək məqsədilə kommersiya imkanı yaradıblar".