Ukrayna Aİ-yə üzvlük üçün tam şərtlər paketini əldə edib
Dünya
110
16:25, Bu gün

Ukrayna Aİ-yə üzvlük üçün tam şərtlər paketini əldə edib

Ukrayna Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaq üçün tələb edilən bütün şərtlərin siyahısını əldə edib.

Moderator.az xəbər verir ki, məlumatı ölkənin Baş naziri Yuliya Sviridenko şəxsi "Telegram" hesabında paylaşıb.

O qeyd edib ki, bu gün Ukraynanın Brüsseldəki nümayəndə heyətinə Aİ tərəfindən yekun üç danışıqlar klasteri üzrə qəbul tələbləri təqdim olunub. Bunlar aşağıdakılardır:

- Rəqabətqabiliyyətlilik və inklüziv inkişaf;

- Yaşıl gündəlik və davamlı əlaqələr;

- Resurslar, kənd təsərrüfatı və ittifaq siyasəti.

Ukrayna hökumətinin rəhbəri bildirib ki, bəzi tələblər Kiyevə hələ dekabr ayında təqdim edilmişdi. Sviridenko vurğulayıb ki, hazırda dövlət tarixində ilk dəfə olaraq Avropa İttifaqına qəbul olunmaq üçün zəruri olan tam şərtlər paketinə sahibdirlər.

Link kopyalandı!
Son xəbərlər