Üç Avropa ölkəsi müdafiə və təhlükəsizliyi birgə həyata keçirəcək
Dünya
199
16:10, Bu gün

Üç Avropa ölkəsi müdafiə və təhlükəsizliyi birgə həyata keçirəcək

Böyük Britaniya, Niderland və Finlandiya 2027-ci ilədək müdafiə sahəsinə yatırımları artırmaq qərarına gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Bildirilib ki, tərəflər silah-sursat və hərbi texnikanın ortaq şəkildə alınmasını təmin edəcək yeni bir mexanizmin tətbiqinə dair razılaşıblar.

Niderlandın maliyyə naziri Eelko Heynen vurğulayıb ki, mövcud imkanları səfərbər etməklə tərəfdaşlar eyni vəsait çərçivəsində daha yüksək təhlükəsizlik səviyyəsinə nail ola və müttəfiqliyi daha da möhkəmləndirə bilərlər.

Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz isə öz növbəsində əlavə edib ki, ölkəsi tərəfdaş dövlətlərlə qarşılıqlı əlaqələri dərinləşdirməyə və eyni zamanda hərbi-sənaye kompleksini daha da inkişaf etdirməyə ehtiyac duyur.

Link kopyalandı!
Son xəbərlər