İranın spikeri:
Dünya
187
14:30, Bu gün

İranın spikeri: "Hörmüz boğazından əvvəlki kimi istifadə etmək mümkün olmayacaq"

"Hörmüz boğazı ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəlki müddətdə olduğu kimi fəaliyyət göstərə bilməyəcək".
 
Moderator.az SNN telekanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
 
"Biz boğazı bağlamaq istəmirdik, amma bağlanıb. Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq. ABŞ və İsrailin iştirakı ilə heç bir təhlükəsizlik zəmanəti yoxdur", - deyə parlament sədri bildirib.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Link kopyalandı!
Son xəbərlər