Bizi sosial şəbəkələrdən izləyin:
"İran hakimiyyəti uzunmüddətli döyüş əməliyyatları aparmağa hazırdır və hazırda regiondakı mövcud münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir".
Moderator.az xəbər verir ki, bu barədə "Ash-Sharq" telekanalı İranın Xarici İşlər Nazirliyinin (XİN) adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
"İran nə qədər lazım olsa, o qədər də vuruşacaq. Hazırda rəsmi Tehran münaqişənin diplomatik yolla həllinə diqqət yetirmir", - deyə İran XİN-in rəsmisi bildirib.