01:06
8°C
Bakı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.
"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.
SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam olunacağını vurğulayıb.