Bağdadın
Dünya
201
16 Mar 2026 | 23:55

Bağdadın "yaşıl zona"sında partlayışlar baş verib

İraqın paytaxtı Bağdadda, o cümlədən hökumət binaları və bir sıra xarici ölkələrin səfirliklərinin yerləşdiyi "yaşıl zona"da bir neçə güclü partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Partlayışlardan biri "Al Rasheed" hotelinin yaxınlığında qeydə alınıb. "Yaşıl zona"da yerləşən ABŞ səfirliyi ətrafında isə hava həyəcanı siqnalları səslənib.

Bağdadın mərkəzində baş verən partlayışların səbəbi hələlik məlum deyil.

Link kopyalandı!
Son xəbərlər