İran Rumıniyanı ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə verəcəyi halda siyasi və hüquqi məsuliyyət daşıyacağı barədə xəbərdar edib.
Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
“Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”, – deyə iranlı diplomat vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunacaq və Rumıniya üçün “beynəlxalq məsuliyyət” yarada bilər.
Qeyd olunur ki, Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur və ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.