BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
Dünya
240
16 Mar 2026 | 22:56

BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir

Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir.

Moderator.az-ın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Sözçü qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir.

O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir. Qara dəniz taxıl təşəbbüsü hazırlanarkən də səssizlik ən doğru yanaşma olub.

Sözçünün sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksək səviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.

S. Dujarrik vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.

Link kopyalandı!
Son xəbərlər