Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək
Dünya
138
22:45, Bu gün

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

Litva Ukraynanın bərpası üçün Avropa İttifaqının Ukrayna Fondu proqramına 10 milyon avro məbləğində ianə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə müqavilə Brüsseldə xarici işlər naziri Kestutis Budris və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos tərəfindən imzalanıb.

"İanə Litvanın Ukraynada fəal iştirak etdiyi prioritet sahələrə yönəldiləcək ki, bura da təhsil infrastrukturunun bərpası, mülki müdafiənin gücləndirilməsi və məktəbəqədər təhsilin islahatı aiddir", - məlumatda deyilir.

Qeyd edək ki, Litvanın 2022-ci ildən bəri Ukraynaya göstərdiyi yardım 1,7 milyard avronu keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər