00:00
7°C
Bakı
İranla münaqişədən və Hörmüz boğazının bağlanmasından sonra Birləşmiş Ərəb Əmirliklərində gündəlik neft hasilatı 50%-dən çox azalıb.
Moderator.az xəbər verir ki, BƏƏ-nin milli neft şirkəti (ADNOC) bir neçə yataqda hasilatı dayandırmağa məcbur olub.
Qeyd edək ki, müharibədən əvvəl BƏƏ gündə 3,4 milyon barreldən çox neft ixrac edirdi ki, bu da qlobal tələbatın 3%-dən çoxunu təşkil edirdi.
Regional istehsal azalmaları Səudiyyə Ərəbistanı və İraqa da təsir göstərib və nəticədə Yaxın Şərqdə ümumi hasilat itkisi gündə 7-10 milyon barrel və ya qlobal tələbatın 7-10%-ni təşkil edib.