İran Prezidenti Məsud Pezeşkianla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Moderator.az xəbər verir ki, bu barədə M. Pezeşkian "X"dəki hesabında yazıb.
"Söhbət zamanı vurğuladım ki, bu dəhşətli müharibəni İran başlatmayıb", - o telefon danışığının təfərrüatını açıqlayıb. Pezeşkian əlavə edib ki, ölkənin işğaldan müdafiə olunmaq hüququ var.
İran Prezidentinin sözlərinə görə, ABŞ-nin bölgədəki bazalarından İrana hücumlar dayandırılmalıdır, çünki bu, Tehranın qonşu ölkələrlə münasibətlərinə mənfi təsir göstərir:
"ABŞ və İsrailin hücumları dayandırılmadan regionda sülh və sabitliyə nail olmaq mümkün deyil. İran İslam Respublikası təslim olmayacaq. Biz qlobal ictimaiyyətin bu hücumları qınamasını gözləyirik. Yalan məlumatlar əsasında müharibəyə başlamaq XXI əsrə yox, orta əsrlərə aid addımdır".
Onun sözlərinə görə, İrana təhlükəsizlik zəmanətlərini verilənə qədər müharibə davam edəcək.