Hörmüz boğazı ilə bağlı Vaşinqtondan optimist mesaj
Dünya
217
21:34, Bu gün

Hörmüz boğazı ilə bağlı Vaşinqtondan optimist mesaj

ABŞ Hörmüz boğazında gəmiçilik fəaliyyətinin hərbi konvoylar olmadan tədricən bərpa olunacağını gözləyir.

Moderator.az xəbər verir ki, bunu martın 16-da CNBC telekanalına açıqlamasında ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Biz hesab edirik ki, iranlılar Hörmüz boğazını təbii şəkildə açacaqlar və hazırda bu, bizi qane edir", - deyə o qeyd edib.

ABŞ Prezidenti Donald Trampın administrasiyasının qiymətləndirməsinə görə, boğazdan keçən tanker axını ABŞ Hərbi Dəniz Qüvvələri və onların müttəfiqləri ticarət gəmilərini birbaşa müşayiət etməyə başlamazdan əvvəl də artmağa başlayacaq.

Bessentin sözlərinə görə, boğazda artıq müəyyən aktivlik müşahidə olunur. O bildirib ki, Hindistana tədarük həyata keçirən tanker gəmiləri bu marşrutu uğurla keçiblər.

Bundan əlavə, ABŞ tərəfinin məlumatına görə, bəzi Çin gəmiləri də Fars körfəzinin akvatoriyasından maneəsiz şəkildə çıxır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər