23:06
9°C
Bakı
İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən tarixçi və yazıçı İlber Ortaylı Fatih məscidində qılınan cənazə namazından sonra son mənzilə yola salınıb.
Moderator.az xəbər verir ki, mərasimdə ailə üzvləri, dövlət rəsmiləri, siyasətçilər, alimlər, sənət adamları və adi sakinlər iştirak ediblər.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Ortaylı ölkənin yetişdirdiyi ən görkəmli tarixçi və alimlərdən biri olub. Onun sözlərinə görə, İlber Ortaylı həm yazdığı əsərlərlə, həm də televiziya proqramları və mühazirələri ilə geniş auditoriyada tarixə marağın artmasına böyük töhfə verib.
Cənazə namazından sonra Ortaylının nəşi Fatih məscidinin həyətində dəfn olunub.