Fransada mer ölü tapıldı
Dünya
300
16 Mar 2026 | 20:55

Fransada mer ölü tapıldı

Fransanın Viodos-Abens-de-Ba kommunasının meri Kristian Bersait bələdiyyə seçkisinin birinci turunda məğlub olub və bir müddət sonra ölü halda tapılıb.

Moderator.az bu barədə "Figaro" nəşrinə istinadən xəbər verir.

Seçkinin birinci turu martın 15-də keçirilib. Ertəsi gün səhər K.Bersait yerli jandarmeriya bölməsinin əməkdaşları tərəfindən kommunanın yaxınlığındakı meşəlik ərazidə ölü halda aşkarlanıb. Onun avtomobili də orada olub.

K.Bersaitin intihar etdiyi ehtimal olunur. Prokurorluq araşdırma aparır.

Fransada bələdiyyə seçkisinin ikinci turu martın 22-də keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər