Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir, lakin buna hazır deyil
Dünya
248
20:15, Bu gün

Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir, lakin buna hazır deyil

ABŞ Prezidenti Donald Tramp İranın hazırkı rəhbərliyinin ABŞ ilə razılaşma əldə etmək istədiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə PBS-in Ağ evdəki müxbiri Liz Landers ABŞ lideri ilə qısa telefon müsahibəsindən sonra söyləyib.

"Onlar razılaşma əldə etmək istəyirlər, amma məncə, hələ buna hazır deyillər", - Tramp deyib.

Prezident həmçinin qeyd edib ki, neft boru kəmərləri istisna olmaqla, ABŞ İranın Xarq adasının bütün infrastrukturunu sıradan çıxarıb. "Mən boru kəmərlərinin vurulmasını istəmədim, çünki bilirsiniz, onların inşasına illərlə vaxt sərf olunub", - o bildirib.

Trampın sözlərinə görə, ABŞ hərbçiləri eyni səbəblərdən digər şəhərlərdə də həyati əhəmiyyətli infrastruktura zərbələr endirmirlər. "Mən Tehranda çoxlu infrastruktur obyektlərini saxladım, çünki onların inşası illər alardı... Mən elektrik stansiyalarını bir saat ərzində sıradan çıxara bilərdim... amma bunu etsəydim, onların bərpası illər çəkərdi və əziyyət olardı. Buna görə də mən bu cür hücumlardan çəkinməyə çalışıram", - o qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər