Kanada XİN başçısı Türkiyədə səfərdədir
Dünya
175
19:50, Bu gün

Kanada XİN başçısı Türkiyədə səfərdədir

Kanadanın xarici işlər naziri Anita Anand Türkiyədə səfərdədir və orada rəsmi şəxslərlə ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Kanada-Türkiyə ikitərəfli münasibətlərini gücləndirmək və tərəfdaşlarla birgə Yaxın Şərqdə və Fars körfəzi regionunda gərginliyin azaldılması istiqamətində işi davam etdirmək üçün indicə Türkiyəyə gəldim", - o yazıb.

Kanada Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, A.Anand Ankaraya səfəri zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, eləcə də hökumətin digər yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək. Tərəflər təhlükəsizlik və iqtisadiyyat sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, insanlar arasında təmasların inkişaf etdirilməsi, Yaxın Şərqdəki son hadisələri, o cümlədən gərginliyin azaldılması üzrə beynəlxalq səyləri və regional təhlükəsizliyi müzakirə etməyi planlaşdırırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər