Pekin və Vaşinqton qarşılıqlı ticarət siyasətinə dair bəzi detallar üzrə ilkin razılaşma əldə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Paris şəhərində ABŞ və Çin nümayəndələri arasında keçirilən ticarət müzakirələri zamanı Çin Xalq Respublikasının ticarət nazirinin müavini Li Çenqanq məlumat verib.
Çin Mərkəzi Televiziyasının istinad etdiyi açıqlamada nazir müavini bildirib ki, ötən bir gün yarım ərzində ABŞ və Çin nümayəndə heyətləri əhatəli, səmimi və eyni zamanda konstruktiv müzakirələr aparıblar. Bu təmaslar çərçivəsində tərəflər bir sıra məsələlər üzrə ilkin razılaşmaya nail olublar. Növbəti mərhələ isə danışıqlar prosesinin davam etdirilməsindən ibarət olacaq.
Qeyd edək ki, bundan əvvəl Çin Ticarət Nazirliyi iki dövlət arasında keçirilən müzakirələrin martın 17-dək davam edəcəyini bəyan etmişdi.