"ABŞ-nin Yaponiyadan Yaxın Şərqə 2 500 nəfərlik elit dəniz piyada bölməsini köçürməsi bölgədə münaqişəsinin yeni mərhələsinin başlanmasına səbəb ola bilər".
Moderator.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri yazıb.
Qəzetin məlumatına görə, elit bölmənin yaxın 10-15 gün ərzində "USS Tripoli" desant gəmisinin göyərtəsində gəlməsi gözlənilir və bu, müharibənin yeni mərhələsinin - ABŞ-nin quru əməliyyatlarına hazırlıqdan xəbər verə bilər. Nəşr qeyd edir ki, bu, ABŞ-yə reydlərə başlamağa imkan yaradacaq və regionda yeni hərbi əməliyyatlara təkan verəcək. Materialda bildirilir ki, Vaşinqton bu missiyanın mahiyyətini açıqlamayıb, lakin elit bölməyə, böyük ehtimalla, Hörmüz boğazına nəzarəti bərpa etmək tapşırılacaq.
"The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən daha əvvəl bildirmişdi ki, ABŞ Yaxın Şərqə dəniz piyadaları ekspedisiya bölməsini göndərir. Nəşrin məlumatına görə, ABŞ Pentaqon rəhbəri Pit Heqset Silahlı Qüvvələr Mərkəzi Komandanlığın (CENTCOM) amfibiya-desant qruplaşması bölməsinin və ekspedisiya dəstəsinin yerləşdirilməsi üçün sorğusunu təsdiqləyib.