3I/ATLAS kometası Yupiterə ən yaxın məsafədən keçib
Dünya
210
19:00, Bu gün

3I/ATLAS kometası Yupiterə ən yaxın məsafədən keçib

Bu gün, martın 16-da Bakı vaxtı ilə saat 16:20-də 3I/ATLAS kometası Yupiter planetinə ən yaxın məsafədən keçib.

Moderator.az Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna istinadən xəbər verir ki, NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) ilə birgə aparılan hesablamalar kometanın nəhəng planetdən 53.6 milyon kilometr məsafədən keçdiyini təsdiqləyib.

Saniyədə 65 kilometr sürətlə hərəkət edən bu kometanı müasir kosmik aparatlarla yaxından tədqiq etmək texniki baxımdan mümkün olmayıb. NASA mütəxəssisləri bildiriblər ki, kometanın hədsiz yüksək sürəti gələcəkdə daha mükəmməl mühərrik texnologiyalarına ehtiyac olduğunu bir daha sübut edib.

Oort buludundan gələn 3I/ATLAS kometasının Günəş sistemində təxminən 10 min il qalacağı gözlənilir. Mövcud müşahidə qurğuları vasitəsilə onu yalnız bu ilin ikinci yarısına qədər izləmək mümkün olacaq. Yupiterin orbitində fəaliyyət göstərən "Juno" kosmik aparatı isə bu cismi fotokameraya ala bilməyib. Buna səbəb aparatın kameralarının belə yüksəksürətli və uzaq məsafədəki cisimləri çəkmək üçün deyil, planeti yaxın məsafədən müşahidə etmək üçün dizayn edilməsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər