20:07
9°C
Bakı
"Google" şirkəti qlobal miqyasda qeyri-peşəkar istifadəçilərə tibbi tövsiyələr təqdim edən, süni intellektə əsaslanan axtarış xüsusiyyətinin fəaliyyətini ləğv etdi.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian"məlumat yayıb.
Məlumata görə, korporasiya səhiyyə sahəsində süni intellektin imkanlarını göstərmək üçün təqdim etdiyi "İnsanlar nə təklif edirlər" alətini artıq ləğv edib.
Xəbərdə bildirilir ki, bu addım axtarış sistemlərinin çox sayda insana tibbi məlumat və tövsiyələr vermək üçün süni intellektdən istifadə etməsi fonunda atılıb.