Ukrayna Macarıstan və Slovakiya rəsmiləri ilə görüşü ləğv etdi
Dünya
250
18:47, Bu gün

Ukrayna Macarıstan və Slovakiya rəsmiləri ilə görüşü ləğv etdi

Ukrayna tərəfi "Drujba" neft kəməri ətrafında Slovakiya və Macarıstan rəsmiləri ilə planlaşdırılan üçtərəfli müzakirələri son anda təxirə salıb.

Moderator.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının toplantısı ərəfəsində media nümayəndələrinə açıqlama verərkən bildirib.

"Bu gün Brüsseldə slovakiyalı həmkarlarımızın iştirakı ilə Ukraynanın energetika naziri, Slovakiyanın energetika naziri və mənim aramda üçtərəfli görüşün keçirilməsi təşəbbüsünü irəli sürdük. Ancaq görüşə bir neçə dəqiqə qalmış Ukrayna tərəfi bunu yenidən ləğv etdi", - deyə nazir qeyd edib.

Kiyevin "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini dayandırması rəsmi Ukrayna ilə Macarıstan arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Nəticədə 2026-cı ilin fevralında Macarıstan 2025-ci ilin dekabrında qəbul edilmiş Rusiyaya qarşı 20-ci sanksiya paketinə, eləcə də Avropanın Ukraynaya ayıracağı 90 milyard avroluq maliyyə kreditinə veto tətbiq edib.

Xatırladaq ki, martın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Macarıstanın Baş naziri Viktor Orban 90 milyard avroluq maliyyə yardımını bloklamaqda davam edərsə, onun koordinatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürə biləcəyi ilə hədələyib. Bunun ardınca martın 11-də Orban həm özünün, həm də övladları və nəvələrinin ukraynalılar tərəfindən təhdid edildiyini bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər