Ər-Riyad NYT-nin İrana zərbə endirilməsi çağırışları barədə paylaşımını əsassız adlandırıb
Dünya
316
18:30, Bu gün

Ər-Riyad NYT-nin İrana zərbə endirilməsi çağırışları barədə paylaşımını əsassız adlandırıb

Səudiyyə Ərəbistanı hakimiyyəti krallıq rəhbərliyinin guya İranla uzunmüddətli müharibəni təşviq etməsi barədə "The New York Times" qəzetinin məqaləsini təkzib edir.

Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hökumətindəki mənbə "Al Arabiya" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin "The New York Times" qəzetində dərc olunan məlumat həqiqətə uyğun deyil.

Daha əvvəl nəşr mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman guya ABŞ Prezidenti Donald Trampa İrana ağır zərbələr endirməyə davam etməyi məsləhət görüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər