Avropa İttifaqı Hörmüz boğazına hərbi gəmilər göndərir?
Dünya
268
17:30, Bu gün

Avropa İttifaqı Hörmüz boğazına hərbi gəmilər göndərir?

Avropa İttifaqı ölkələrinin (Aİ) xarici işlər nazirləri Hörmüz boğazına hərbi gəmilərin göndərilməsini müzakirə edəcəklər. Bunun üçün "Aspides" əməliyyatının (Qırmızı dənizdə, Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yaranan hərbi dəniz missiyasi - red.) mandatı dəyişdirilə bilər.

Moderator.az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündə bildirib:

"Üzv dövlətlərlə Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasına töhfə vermək məqsədilə bu missiyanın mandatının dəyişdirilməsinin mümkün olub-olmadığını müzakirə edəcəyik".

Kallas əlavə edib ki, Hörmüz boğazının bağlanması gübrə tədarükünün azalması səbəbindən Aİ üçün təhlükəlidir və bu, gələn il Avropada məhsul defisitinə gətirib çıxara bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər