Almaniyanın müdafiə naziri ABŞ-nin İrana qarşı hərbi dəstək çağırışını rədd edib
Dünya
146
17:27, Bu gün

Almaniyanın müdafiə naziri ABŞ-nin İrana qarşı hərbi dəstək çağırışını rədd edib

Bu bizim müharibəmiz deyil.

Moderator.az xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

“Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, - nazir qeyd edib.

Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər